Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

17 Sentyabr 2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57357 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39437 nəfərdir.

BUNA DA BAX: Azərbaycanda son sutkada koronavirusa yoluxma - 20-dən çox ölən var

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7863592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4588732, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3274860 təşkil edir.

Top