Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

11 Oktyabr 2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 511 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285 nəfərdir.

BUNA DA BAX: Azərbaycanda son sutkada koronavirusa yoluxma - 10-dan çox ölən var

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 997 189, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 889 404, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 107 885 təşkil edir.

Top