Azərbaycanda peyvəndlərin sayı 9 milyonu ötdü

12 Oktyabr 2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39810 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14015, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25795 nəfərdir.

BUNA DA BAX: Azərbaycanda son sutkada koronavirusa yoluxma - 15 nəfər vəfat etdi

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9037099, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4903419, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4133680 təşkil edir.

Top