Azərbaycanda peyvənd olunanların sayı azalır

13 Oktyabr 2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36394 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13475, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22919 nəfərdir.

BUNA DA BAX: Azərbaycanda koronavirusa yoluxma artır

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9073493, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4916894, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4156599 təşkil edir.

Top