Azərbaycanda gündəlik peyvənd olunanların sayı yenə azaldı

15 Oktyabr 2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 417 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 071 nəfərdir.

BUNA DA BAX: Azərbaycanda koronavirusa yoluxma artır - 14 nəfər vəfat edib

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 138 351, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 942 003, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 196 348 təşkil edir.

Top