Azərbaycanda bu qədər ehtiyat “Pfizer-Biontech” vaksini var - RƏSMİ

24 Noyabr 2021

Azərbaycanda ehtiyatda olan “Pfizer-Biontech” vaksininin sayı açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

BUNA DA BAX: Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Qeyd olunub ki, hazırda 162 450 doza “Pfizer- Biontech” vaksini anbarda ehtiyatda var. Əlavə olaraq tibb müəssisələrində hazırda istifadə edilən vaksin dozaları mövcuddur. 

Qeyd edək ki, ÜST Avropa Dərman Agentliyi, ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq COVID-19 əleyhinə vaksinasiyada “Pfizer/Biontech” preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib. Məktuba əsasən, “Pfizer/Biontech” preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkədə istifadə olunan “Pfizer-Biontech” vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədək uzadılıb.

Top