Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

26 Noyabr 2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30893 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3745, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5213, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21935 nəfərdir.

BUNA DA BAX: Koronavirusa yoluxmuş qadın körpəyə süd verə bilər?

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10426930, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5067433, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4549652, buster doza üzrə vaksinasiya olunanların sayı isə 809845 təşkil edir.

Top