Azərbaycanda "Omicron" ştammı aşkarlanıb?

29 Noyabr 2021

Bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb.

Heftelik.az-ın məlumatına görə, bunu Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib.

BUNA DA BAX: Koronavirusa yoluxmuş qadın körpəyə süd verə bilər?

Mütəxəssis qeyd edib ki, bütün mutasiyalar və əlaqəli ştammlar üzrə yoxlamalara başlanılıb.

A.R.Ağayev deyib ki, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində kluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.

Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb.

Qeyd edək ki, Cənubi Afrika Respublikasında koronavirusun yeni ştammı aşkarlanıb. ÜST-ün "Omicron" adı verdiyi ştamm artıq bir neçə Avropa ölkəsində də yayılıb.

Top