Dünyada koronavirusa yoluxan və ölənlər barədə - SON MƏLUMAT

31 Mart 2020

Bu günədək dünyada 693 min 224 nəfər yeni növ koronavirusa (Covid-19) yoluxub, onlardan 33 min 106 nəfəri ölüb.

Heftelik.az-ın məlumatına görə, bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) günlük bülletenində əksini tapıb.

BUNA DA BAX: Azərbaycanda gücləndirilmiş xüsusi karantin rejimi başladı - Evlərdən çıxmaq, toy, nişan qadağandır

 

Son sutka ərzində 58 min 411 nəfər koronavirusa yoluxub, 3215 nəfər həyatını itirib.

Hazırda yoluxma hallarının əksəriyyəti yenə də Avropada qeydə alınıb – 392757 nəfər.

Xatırladaq ki, martın 11-də ÜST yeni növ koronavirusu pandemiya elan edib.

 

 

 

Top