Azərbaycanda qızılcadan ölənlər var

18 May 2020

2019-cu ildə Azərbaycanda 337 nəfər qızılca xəstəliyinə tutulub.

Heftelik.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

BUNA DA BAX: Koronavirusun ikinci dalğası daha öldürücü ola bilər – ÜST

Xəstəliyə tutulanlardan 196 nəfəri kişi, 141 nəfəri qadındır. Onlardan 62-si 18 yaşadək, 275-i isə 18 və yuxarı yaşda olan şəxslərdir.

Ötən il qızılcadan ölənlərin sayı isə 3 nəfər olub.

Bildirilib ki, qızılca ilə xəstələnmə halları Bakı şəhəri və Abşeron rayonunda qeydə alınıb.

Şərh vermək üçün giriş edin
Top