Koronavirusla bağlı növbəti böyük təhlükə

30 May 2020

Həkimlər son zamanlar koronavirus mutasiyaya uğradığı qənaətinə gəlirlər.

Heftelik.az-ın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı da bildirib.   

BUNA DA BAX: Koronavirus peyvəndinin afrikalılar üzərində sınanması planlaşdırılır

R. Bayramlı deyib ki, asimptomatik pasiyentləri 7 günün tamamında aparılan analizlərin nəticəsi əksər hallarda neqativ nəticə verirdi: “İkinci 24 saat sonra neqativ nəticəni əldə edərək bəzilərini evə yaza bilirdik. Son həftə ərzində 7-ci gündən sonra təkrar pozitiv çıxan halların sayında artım baş verdiyini gördük. Mütəxəssislərimiz və xarici mütəxəssislərlə apardığımız müzakirələr nəticəsində belə düşünülür ki, mutasiyanın baş verməsi buna səbəb ola bilər. Virusla bağlı mutasiyanın hansı istiqamətə gedəcəyi və ikinci dalğanın necə olacağı hələ böyük sual altındadır”.

Şərh vermək üçün giriş edin
Top