Koronavirusa yoluxan xəstələrin müalicəsi evdə belə aparılacaq – QAYDALAR

27 İyun 2020

COVID-19 təsdiqlənmiş şəxslərin evdə monitorinqinə dair metodiki göstərişlər açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, göstərişlərə əsasən, xəstənin monitorinq müddətində evi tərk etməsi və ziyarətçi qəbul etməsi qəti qadağandır.

BUNA DA BAX: TƏBİB səlahiyyətlərinin azalmasına aydınlıq gətirdi

 

Xəstənin evi tərk etməsinə xüsusi qurğular və proqram təminatı vasitəsilə nəzarət edilir. Monitorinqi evdə aparılan xəstələr sağalana qədər onların səhhəti və ya vəziyyəti ailə həkimi tərəfindən nəzarətdə saxlanılır. Xəstənin tibbi məlumatları ailə/sahə həkimi ilə paylaşılır, 14 gün ərzində günaşırı telefonla xəstənin vəziyyəti “COVID-19 xəstənin evdə monitorinq forması”na əsasən öyrənilərək qiymətləndirilir. Monitorinq nəticələri elektron ambulator karta əlavə edilir.

Göstərişdə təmizlik-dezinfeskiya işləri barədə, tibbi maskadan istifadə qaydaları, əllərin gigiyenasına dair tövsiyələr yer alıb.

Yaşı 60-dan yuxarı olan və ya ağır gedişli COVID-19-a səbəb ola biləcək risk faktoru olan xəstə şəxslərin müşahidəsi xüsusi rejimli tibb müəssisəsində icra edilməlidir. Hospitalizasiya edilmiş və xəstəxanadan evə yazılma meyarlarına cavab verən xəstələr bərpa müddətlərini ev şəraitində tamamlaya bilər. Xəstə müvafiq antiviral müalicə dərmanları ilə təmin edilərək evinə göndərilir və xəstəxanadan evə yazıldıqdan sonra xəstənin monitorinqi müvafiq ailə sağlamlıq mərkəzi (sahə poliklinikası) tərəfindən aparılır.

COVID-19 xəstəliyinə götürülmüş analiz nəticələri pozitiv çıxan bütün şəxslərə dərhal SMS vasitəsilə müvafiq məlumat və evdə məcburi özünü təcridin davam etdirilməsi barədə xəbərdarlıq göndərilir. Sənəddə statistik göstəricilər və bir sıra ölkələrin tətbiq etdiyi təcrübəyə əsaslanaraq xəstələrin yaş qruplarına görə çeşidlənməsi aparılıb.

 

Bildirilib ki, 60 yaşdan yuxarı xəstələr 103/113 TTTY xidməti tərəfindən hospitalizasiya üçün birbaşa xüsusi rejimli xəstəxanalara təxliyyə edilir.

Qeyd olunub ki, yaş qrupundan asılı olmayaraq, xroniki xəstəliyi olan şəxslər TƏBİB-in koordinasiyası ilə 103/113 TTTY xidməti tərəfindən ambulator triaj üçün müvafiq xəstəxanalara təxliyyə edilir. COVID-19 xəstəliyinin laborator diaqnozu üçün nümunə götürən 103/113 TTTY xidmət həkimi tərəfindən “Molekulyar Diaqnostika Laboratoriyasına COVİD – 19 göndəriş forması” sənədi dəqiq doldurulmalıdır. Analiz nəticəsi pozitiv çıxan xəstənin faktiki yaşayış ünvanı, sonrakı poliklinik müşahidə üçün, dəqiq göstərilməlidir. Analiz götürülən müddətdən etibarən “Evdə müşahidə edilməyə dair iltizam” sənədi imzalanır. “Qeyd” hissəsində yazılan müddəalarla sənədin qüvvədə olma müddəti tənzimlənir.

“Evdə müşahidə edilməyə dair iltizam”a görə, müşahidə müddətində evi tərk etmək və ziyarətçi qəbul etmək qəti qadağandır. Bu prosesə xüsusi mobil tətbiq vasitəsilə nəzarət edilir. Müşahidəsi evdə aparılan xəstələr sağalana qədər onların sağlamlıq vəziyyəti ailə/sahə həkimi tərəfindən nəzarətdə saxlanılır. İltizama görə, karantin rejimini pozan şəxslər İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Şərh vermək üçün giriş edin
Top