Koronaviruslu xəstələrə görə təcili yardıma həkim qəbulu elan olundu - TƏLƏBLƏR

29 İyun 2020

Koronavirus (COVİD-19) xəstələrinə fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyalarına yaşı 60-a qədər olan həkim anestezioloq-reanimatoloqlar və həkim-terapevtlər işə qəbul olunmaq üçün dəvət olunurlar.

Səhiyyə Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, işə qəbulla bağlı müraciət edən şəxslər ərizə ilə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına müraciət etməlidirlər.

BUNA DA BAX: Hər gün yediyiniz 3 qida ürəkdə tromb yaradır – Kardioloq

 
Tələb olunan sənədlər:

Ərizə;

Şəxsiyyət vəsiqəsi;

Diplom;

İnternatura vəsiqəsi;

Sertifikat;

Əmək kitabçası.

Şərh vermək üçün giriş edin
Top