Koronavirusla bağlı dünyanı sevindirən xəbər - Vaksin uğurlu oldu

02 İyul 2020

İngiltərənin Oksford universitetindən sonra koronavirus peyvəndi ilə bağlı daha bir sevindirici xəbər ABŞ-dan gəlib.

 
Heftelik.az-ın medicina.az-a istinadən verdiyi məlumata görə, dərman şirkəti olan "Inovio" COVİD-19 peyvəndəninin birinci mərhələsinin klinik sınaqlarının uğurlu nəticələr verdiyini açıqlayıb.
Yaşları 18-50 arasında dəyişən 40 könüllü üzərində aparılan sınaqlarda "INO-4800" adlandırılan peyvəndin təhlüksəziliyi təsdiqlənib.
 
 
Filadelfiya və Kanzasda aparılan təcrübədə 4 həftə ara ilə könüllülərə 1 və 2 milliqram peyvənd vurulub. Sınaqlarda insan sağlamlığını təhlükəyə ata biləcək əks təsir müşahidə edilməyib.
 
Qeyd edək ki, dünyanın bir çox ölkəsində minlərlə insanın ölümünə səbəb olan virusla mübarizə üçün peyvənd üzərində iş aparılır. Hazırda 17 peyvənd kliniki sınaq mərhələsindədir.
Top