Azərbaycanda son sutkada daha 114 nəfər koronavirusa yoluxdu - Ölənlər var

15 Sentyabr 2020

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 114 yeni yoluxma faktı qeydə alınıb, 138 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Heftelik.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

BUNA DA BAX: Koronavirus vaksininin istifadəyə veriləcəyi - TARİX

Azərbaycanda indiyədək ümumilikdə 38517 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35998 nəfər müalicə olunaraq sağalıb, 566 nəfər vəfat edib, aktiv xəstə sayı 1953 nəfərdir.

Ölkədə son sutka ərzində 6921, hazırkı dövrədək isə 1020029 test aparılıb.

Top