Koronavirus testini itlər edəcək

29 Sentyabr 2020
Helsinki hava limanında sərnişinlərdə koronavirusu xüsusi itlərin köməyi ilə təyin etməyə başlayıblar.
Heftelik.az-ın Medicina.az-a istinadən verdiyi məlumata görə, itlər qoxu ilə virusun olub-olmamasını tapır.
 
Pilot layihədə 16 it iştirak edir. Sərnişinlər salfetlə boyunlarını silir, sonra bu salfet itin burnuna yaxınlaşdırılır.
İt infeksiya şübhəsi hiss edən kimi hürür və ya bunu hərəkətləri ilə büruzə verdirir, sonra həmin sərnişini tibbi kabinetə dəvət edib, laborator testdən keçririlər.
 
Hələ ki, bu metod könüllüdür. Finlandiya hökuməti layihə uğurlu olacağı təqdirdə laborator testlər yox, itlərə güvənməyə üstünlük verəcək.
 
Aparılan təcrübələr göstərib ki, itlər 94% hallarda viruslu xəstəni ayırd edə bilir.
İtlərlə test laborator analizdən daha ucuz və qısa müddətə başa gəlir.
 
Lakin bir məsələ var ki, itlər virusları ayırd edə bilmir. Ola bilər ki, xəstədə rinovirus, qripp və s də olsun.
Top