“Azərbaycanda koronavirusla bağlı mütləq sərt tədbirlərə əl atmalıyıq” - Direktor

02 Dekabr 2020

“Ciddi qərarların qəbuluna ehtiyac var”.

Heftelik.az-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib.

BUNA DA BAX: Azərbaycanda ötən sutka daha 3942 nəfər koronavirusa yoluxdu - Onlarla insan vəfat edib

O qeyd edib ki, insanların bir yerə toplaşmaması üçün çalışmaq lazımdır: “Nə qədər sərt tədbirlər görsək, nəticə əldə ediləcək. Azərbaycanda mütləq sərt tədbirlərə əl atmalıyıq. Bu olmazsa, xəstəxanalarda yer qalmayacaq. Türkiyə kimi səhiyyəsi güclü ölkədə artıq xəstələri yerləşdirməyə yer tapılmır. Sərt tədbirlər tətbiq edilmədən Azərbaycanda da nəticə belə olacaq. Sərt tədbirlər tətbiq ediləndən sonra virusu kontrol altına almaq lazımdır”.

 
Top