Bel ağrıları: səbəbi, növləri, fəsadları - Nə etməli?

04 Dekabr 2020
Azərbaycan əhalisinin əzəli problemi: belim ağrıyır. Beldə ağrılar müxtəlif hissələrdə olur və hərəsinin öz səbəbi var.
Heftelik.az-ın medicina.az-a istinadən verdiyi məlumata görə, mütəxəssislər bel ağrılarının sümük, əzələ və bağ sistemlərimiz ilə əlaqəli olduğunu deyirlər.
 
Belin aşağı nahiyyəsində ağrı bel fəqərə sümükləri, fəqərələr (vertebra) və fəqərəarası disklər, fəqərə və fəqərəarası disklər ətrafındakı bağlar, onurğa beyni və sinirləri, bel əzələləri, qarın və çanaqdaxili orqanlar və bel nahiyəsi dərisindəki hər hansı patologiya səbəbli ola bilər. Belin yuxarı nahiyəsində ağrı isə aorta, döş qəfəsi şişləri (tumor) və onurğanın infeksion xəstəlikləri zamanı müşahidə edilə bilər.
 
Bel ağrılarının səbəbləri
 
Onurğa sütünü əzələlər, bağlar (ligaments) və vətərlərdən ibarət bir struktur olub anatomik olaraq seqmentlərə ayrılmışdır. Bu komponentlərdən hər hansı birində problem olduqda bel ağrısına səbəb ola bilir.
 
Gərilmə, dartılma ən çox bel ağrısı səbəbləridir:
 
- Əzələ dartınması
 
- Bağların gərilməsi
 
- Əzələ spazmı
 
 
Dartılma və gərilməyə səbəb olan hərəkətlər:
 
- Çox əşya qaldırma, mebel çəkmə
 
- Kəskin və yöndəmsiz hərəkətlər
 
 
Struktur problemləri - aşağıda sadalanan struktur problemləri də bel ağrıları ilə nəticələnə bilər:
 
- Disklərin yırtılması (ruptured disc) - Onurğa sütunümüzün hər bir fəqərəsi disklərlə əhatə olunub. Əgər disklərdən biri cırılarsa bu zaman sinirə təzyiq edərək bel ağrısına səbəb olacaqdır.
 
- Disk qabarması (bulging disc) - disk yırtıqlarında olduğu kimi disk qabarması zamanı da sinirə təmas bel ağrısı ilə nəticələnə bilər.
 
- Oturaq sinir - qabarmış və ya yırtılmış diskin bu siniri sıxması nəticəsində sağrı nahiyyəsində kəskin və zoqquldayıcı (atıcı) ağrı yaranaraq aşağı ətrafın arxası ilə aşağı istiqamətdə ayağa yayılır (irradiasiya edir).
 
- Artritlər - Pasiyentlərdə ən çox artirit problemləri çanaq, bel, diz və əl oynaqlarında rast gəlinir.
 
- Onurğanın patoloji qıvrımları (əyrilikləri) - Onurğa sütünunun təbii və patoloji əyrilikləri vardır; təbii lordoz, təbii kifoz, patoloji lordoz, patoloji kifoz və skolioz. Əgər xəstədə onurğa qeyri-düzgün əyriliklərə sahibdirsə bel ağrıları müşahidə edilməsi qaçınılmazdır. Məsələn, skolioz zamanı onurğa sütunü yana boğru əyilir.
 
- Osteoporoz - bu zaman onurğa sütunü sümükləri, fəqərələri kövrək və məsaməli olur və tez-tez qəlpəli sınıqlar ilə nəticələnir.
 
 
Aşağıda bel ağrılarının digər səbəbləri sadalanmışdır:
 
- At quyruğu sindromu (Cauda equina syndrome) - at quyruğu onurğa beyninin aşağı qurtaracağından başlayan spinal sinir kökləridir. At quyruğu sindromu olan pasiyentlərdə belin aşağı nahiyəsində və sağrı nahiyəsinin yuxarı hissəsində küt ağrı müşahidə edilir, sağrı, genital və bud (omba) nahiyəsində hissiyatın itməsi (analgeziya) simptomları olur. Bəzi hallarda sidik ifrazı və defekasiya aktı ilə əlaqəli problemlər də müşahidə edilir.
 
- Onurğa xərçəngi ( Cancer of the spine) - onurğa beynində yerləşən şiş siniri sıxaraq bel ağrısına səbəb olur.
 
- Onurğanın infeksion xəstəliyi - əgər xəstədə yüksək temepratur (qızdırma) ilə yanaşı bel ağrısı simptomu da varsa buna səbəb onurğanın infeksion xəstəliyi ola bilər.
 
- Digər infeksion xəstəliklər - çanağın infeksion xəstəliyi (qadınlarda), sidik kisəsi və ya böyrək infeksiyaları da bel ağrılarına səbəb ola bilir.
 
- Kəmərləyici dəmrov - zədələdiyi sinirdən asılı olaraq bu infeksiya da bel ağrılarına səbəb ola bilir.
 
- Pis yataq - əgər sizin döşəyiniz bədəninizin xüsusi əyriliklərini dəstəkləmirsə və onurğanı düz saxlayırsa bel ağrısı yaşama riskiniz yüksək deməkdir.
 
 
Bel ağrısı eyni zamanda gündəlik fəaliyyətimiz və ya yalnış postur nəticəsində də yarana bilər. Bunlara daxildir:
 
- Yöndəmsiz önə əyilmə;
 
- Əşyanı itələmək;
 
- Əşyanı dartmaq;
 
- Əşya daşımaq;
 
- Bir şey qaldırmaq;
 
- Uzun müddət ayaq üstə dayanmaq;
 
- Uzun müddət aşağı əyilmiş vəziyyət almaq;
 
- Fırlanmaq;
 
- Öskürmək;
 
- Xoruldamaq;
 
- Əzələni gərginləşdirmək;
 
- Həddindən artıq dartınmaq;
 
- Boyunu həddindən artıq önə əymək, məsələn, maşın sürərkən və ya komputerdən istifadə edərkən;
 
- Fasiləsiz olaraq maşın sürmək.
 
  
Aşağıda sadalananlar bel ağrılarının yaranma riskini artıran yüksək risk faktorlarıdır
 
- Zehni gərgin iş;
 
- Hamiləlik;
 
- Oturaq həyat tərzi;
 
- Yaş - yaşlılarda bel ağrıları gənc və uşaqlara nisbətdə daha çox rast gəlinir;
 
- Həyəcan;
 
- Depressiya;
 
- Cins - bel ağrıları qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir;
 
- Piylənmə və həddindən artıq çəki;
 
- Siqaret çəkmə;
 
- Yorucu, məqsədsiz fiziki idman;
 
- Yorucu fiziki iş.
 
 
Əlamətlər və simptomlar
 
Bel ağrısının əsas simptomu beldə yaranan və bəzən də sağrı nahiyəsinə və ayaqlara yayılan ( irradiasiya edən ) ağrıdır. Hansı sinirin sıxılmasından asılı olaraq beldə olan patologiya bədənin digər nahiyələrində ağrıya səbəbi ola bilər.
 
 
Aşağıdakı simptomlardan hər hansı biri bel ağrısı ilə birgə müşayiət edildiyi halda mütləq həkiminizə müraciət edin
 
- Çəki itirmə;
 
- Bədən temperaturunun yüksəlməsi (qızdırma);
 
- Beldə iltihab (qızarma, şişkinlik);
 
- Davamlı bel ağrısı: uzanma və ya dincəlmə zamanı azalmayan, aşağı ətraflara (ayaqlara) irradiasiya edən ağrı;
 
- Dizdən aşağı yayılan ağrı;
 
- Yaxın zamanlarda keçirilmiş bel zədələnməsi və ya travması;
 
- Sidik saxlamama (sidik qaçırma) - qeyri-iradi sidik ifrazı olması;
 
- Sidiyə getmənin çətinləşməsi;
 
- Nəcis qaçırtma - bağırsaq kontrolu itir. Qeyri-iradi nəcis ifrazı olması;
 
- Genital nahiyədə keylik (hissiyat pozğunluğu);
 
- Düz bağırsaq (anus) ətrafında keylik (hissiyat pozğunluğu);
 
- Sağrı nahiyəsində keylik (hissiyat pozğunluğu).
 
 
Diaqnoz:
 
Mütləq MRT çəkilməli, sinir keçiriciliyi yoxlanmalı,bəzi qan analizləri verilməlidir.
 
 
Bəs əgər nevroloq müalicəsi,maz, iynə dərman, ağrıkəsici, müxtəlif fizioterapiya metodları cəmi 1-4 ay effekt verib, sonra yenidən ağrılar qayıdırsa nə etməli? Əgər bel ağrısı məhz sümük, onurğa, sinirlə bağlıdırsa və müalicələr effekt vermirsə, o zaman siz Amerika, Avropa və Türkiyədə sınanan radiofrekans, eləcə də ağrı verən sinirin ablasiyası və onurğa yırtıqlarının əməliyyatsız, bir çox inyeksion metodlarla müalicəsini slnamalısız.
Əslində ilk başdan bu metodu sınamaq yaxşı olardı:
 
Beli ağrıyanlar xroniki ağrılardan əziyyət çəkənlər, nevroloq və həkim gəzməkdən yorulanlar, müalicə üçün bizə müraciət edə bilər. Biz sizi ən düzgün və doğru müalicəyə yönəldəcəyik.
Bəzi xəstələri isə əməliyyatdan xilas edə bilərik
 
Top