Azərbaycanda meyitdən orqan götürülməsi proseduru müəyyənləşir - TARİX

09 Dekabr 2020

Azərbaycanda meyitdən orqan götürülməsi proseduru müəyyənləşir.

Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” 8 dekabr 2020-ci il tarixli fərmanda əksini tapıb.

BUNA DA BAX: Azərbaycanda orqan köçürülmələrinə bu orqan qərar verəcək - FƏRMAN

Fərmana əsasən, Səhiyyə Nazirliyi şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin formasını, meyit donordan donor orqanlar götürülənədək onların anatomik və funksional baxımdan qorunub saxlanmasının təmin edilməsi üçün tibbi tədbirlərin həyata keçirilməsi qaydasını, meyit donordan götürülmüş orqanla bağlı aktın formasını 5 ay müddətində qəbul edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. 

Top