Virus bu halda yox olacaq - AÇIQLAMA

06 Yanvar 2021

“Son zamanlar yoluxmaların azalmasına səbəb karantin qaydalarının sərtləşdirilməsi idi. Hər zaman belə hallarda yoluxmaların sayının və təmasların azalmasını müşahidə etmişik. Eyni zamanda insanlar belə halda qorunma tədbirlərinə daha ciddi əməl edirlər. Əvvəllər inanmayanların indi, demək olar ki, hamısı xəstəliyin olmasına inanır”.

Heftelik.az-ın məlumatına görə, bunu Report-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov bildirib.

BUNA DA BAX: Azərbaycanda son sutkada koronavirusa yoluxma - 26 nəfər vəfat edib

O deyib ki, bir çox ölkələrdə artıq bir vaksin sınaq mərhələsindən keçib:

Akif Qurbanov

 

A.Qurbanov əlavə edib ki, xəstəliyə tutulub sağalan şəxslərin vaksinasiya olunmasına ehtiyac yoxdur:

“Əgər hər hansı bir şəxsin virusa yoluxması rəsmi şəkildə təsdiq olunubsa, yəni analiz verib cavabı pozitiv çıxıbsa və xəstəliyi keçiribsə, onların peyvənd olunması mütləq deyil. Vaksin əsasən, ilk növbədə, risk qrupuna aid olanlara vurulacaq”.

Top