Azərbaycanda koronavirusun yeni ştammının aşkarlanması üçün araşdırma aparılacaq

12 Yanvar 2021

Koronavirusun yeni ştammının aşkarlanması virus genomununun analizi - sekvenləşdirilməsi ilə müəyyənləşdirilir. 

Heftelik.az-ın məlumatına görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetika mütəxəssisi Ağa Rza Ağayev APA-ya açıqlamasında bildirib ki, "Sars COV-2” virusunun genomu bütünlükdə oxunaraq hər nümunə üçün qeyd edilən dəyişikliklər araşdırılır və təsiri öyrənilir.

BUNA DA BAX: Virus bu halda yox olacaq - AÇIQLAMA

Bu analizlər yüksək genetik məlumatın əldə olunmasına imkan verən (High throughpout) yeni nəsil sekvenləşdirmə cihazları ilə genetik tədqiqat mərkəzlərində icra olunur: "Araşdırmaların xaricdə tətbiq olunan metodlara əsaslanaraq icra olunması planlanmaqdadır. Mövcud ədəbiyyata əsasən, ölkə xaricində də bu araşdırmaların eyni metodlarla icra olunduğu məlumdur”.

Xatırladaq ki, koronavirusun (COVID-19) Britaniya, Cənubi Afrika Respublikası və Yaponiyada mutasiya olunmuş növləri aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun mutasiya olunmuş növlərinin artıq 50-dək ölkəyə yayıldığını açıqlayıb. 

Top