“Həm Türkiyə, həm də Azərbaycan Çin istehsalı peyvənd alıb”.
Heftelik.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
BUNA DA BAX: Gələn həftə Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya başlanılacaq - RƏSMI
İbrahim Məmmədov qeyd edib ki, bu məsələdə Türkiyə ilə əməkdaşlıq davam etdiriləcək: “Azərbaycan Türkiyə ilə eyni vaksinləri alır. Bütün məsələlərdə olduğu kimi, bu məsələdə də Azərbaycan Türkiyə ilə həmrəylik nümayiş etdirdi”.