Azərbaycanda ən çox yayılan xəstəliklər - SİYAHI

21 Yanvar 2021

Ötən il ən çox qeydə alınan xəstəliklər açıqlanıb.

Dövlət Statistika Komitəsindən Heftelik.az-a verilən məlumata görə, ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.

BUNA DA BAX: Azərbaycanda koronavirus əleyhinə vaksinasiyada növbəti mərhələ

Yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə inkişaf etmiş Avropa ölkələrində olduğu kimi uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib. Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.

Top