Koronavirus hələ məşq idi, dəhşətli ssenarilər qabaqdadır – SENSASİYA

18 Fevral 2021
İnsanlıq qrip kimi viruslara qarşı universal, daha güclü vaksin icad etməyə tələsməlidir.

Heftelik.az-ın Medicina.az-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın tanınmış Kreml həkimi Aleksandr Myasnikov bildirib. 

BUNA DA BAX: Koronavirus vaksinini vurdurmamaq üçün əks göstərişlər açıqlandı

 Aleksandr Myasnikov deyib ki, bəşəriyyəti daha təhlükəli pandemiyalar gözləyir. COVİD-19 pandemiyas məşq, yoxlama prosesi kimi gəldi, o daha dəhşətli pandemiyalara xəbərdarlıq və hazırlıq idi. Qarşıda iki daha dəhşətli pandemiya gözlənilir. Bunu alimlər deyir. İki mutasiya olacaq. Birincisi donuz və ya quş qripi mutasiyaya uğrayıb heyvandan insane sürətlə yayılacaq. İkincisi – bu viruslar insandan insane keçəcək.  Ölümcüllüyü yüksək olacaq. Bundan xilas üçün bəşəriyyət yeni preparat və vaksinləri pandemiyaya qədər tapmalıdır. Ehtiyatda nə qədər vaxtımızın olmasını isə heç kim bilmir. Biz koronavirusdakı kimi virus yayılandan sonra vaksin tapmamalıyıq. Bu faciə ola bilər”.
Top