Koronavirus bu tarixdə başa çatacaq - ÜST-dən şad xəbər

22 Fevral 2021
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Klüqe yeni növ koronavirus epidemiyasının 2022-ci ilin əvvəllərində sona çatacağını bildirib.
Heftelik.az-ın Medicina.az-a istinadən verdiyi məlumata görə, H. Klüqe mutasiyaların sürətlə yayılmasına görə narahat olduğunu söyləyib.
ÜST-ün  Avropa üzrə direktoru qeyd edib ki, 2020-ci ildən fərqli olaraq, 2021-ci ildə COVID-19 virusuna yoluxma nisbətən idarə olunması ilə fərqlənəcək. 
ÜST səlahiyyətlisi bildirib ki, ən pis ssenari bitib və hazırda virusla bağlı daha çox məlumat mövcuddur. 
Klüqe ehtimal edib ki, epidemiya 2022-ci ilin əvvəllərində sona çatacaq: 
“Bu virus mövcud olmağa davam edəcək, amma məhdudiyyətlərə ehtiyac olacağını düşünmürəm. Bu, nikbin mesajdır”.
 
Klüqe mutasiyalara görə yeni peyvəndə ehtiyacın olmadığını da deyib.
Top