Koronaya yoluxan şəxs neçə müddətdən sonra vaksin olunmalıdır? - AÇIQLAMA

06 Aprel 2021

Tibb işçilərinin COVID-19-a yoluxub xəstələndikdən 3 ay sonra, adi vətəndaşların isə 6 aydan sonra virusa qarşı peyvənd vurdurması məsləhətdir.

Heftelik.az-ın məlumatına görə, bunu Trend-ə həkim Emil Qasımov bildirib. 

BUNA DA BAX: Jurnalistlərin vaksinasiyası ilə əlaqədar tapşırıq verildi

Onun sözlərinə görə, COVID-19-a qarşı vurulan peyvəndin qoruyuculuğunun nə qədər davam edəcəyi hələ bilinmir. Daha əvvəlki təcrübələrə - yuxarı tənəffüs yolları üçün istifadə olunan peyvəndləmələrə əsasən, COVID-19-a qarşı peyvəndin qoruyuculuğunun 6 ay - 1il davam edəcəyi ehtimal olunur:
 
“Vaxt irəlilədikcə peyvəndin vurulması təkrarlana bilər. İndiki vəziyyətimizə görə, bir ildən sonra peyvəndin vurulması təkrarlanmalıdır. Ancaq bunu zaman göstərəcək”.
Top