Avropa Dərman Agentliyi "AstraZeneca" vaksininin ziyanlı olduğunu açıqladı - Azərbaycan da alıb

06 Aprel 2021

Avropa Dərman Agentliyi "AstraZeneca" şirkətinin yeni növ koronavirusa (COVİD-19) qarşı vaksini ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb.

Heftelik.az-ın məlumatına görə, Agentlik peyvənd vurulan şəxslərin qanında müşahidə olunan ciddi tromblaşmanın vaksinlə əlaqəli olduğunu açıqlayıb.

BUNA DA BAX: Koronaya yoluxan şəxs neçə müddətdən sonra vaksin olunmalıdır? - AÇIQLAMA

Qeyd edək ki, İngiltərədə "Oxford-AstraZeneca" vaksini vurulan 18,1 milyon insandan 30 nəfərinin qanında tromb yarandığı bildirilmişdi. İngiltərə Dərman və Sağlamlıq Məhsulları Tənzimləmə Qurumu 30 nəfərdən 7-nin martın 24-də öldüyünü açıqlamışdı.

Xatırladaq ki, Niderland "AstraZeneca" vaksinindən istifadəni tamamilə dayandırdığını açıqlayıb.

Qeyd edək ki, aprelin 4-də Azərbaycana Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi (“Vaxzevria”)  gətrilib. Ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycan Respublikasına idxalı nəzərdə tutulub.

Top