Tanınmış jurnalist süni tənəffüs aparatına qoşuldu

20 Sentyabr 2021

 "Yeni Klinika" koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumunu açıqlayıb.

Heftelik.az-ın məlumatına görə, E.Əşrəfoğlunun ağciyərlərində 85 faiz buzlu şüşə aşkarlandığı bildirilib.

BUNA DA BAX: Azərbaycanda son sutkada koronavirusa yoluxma - 20-dən çox ölən var

Qeyd edilib ki, jurnalistdə kəskin tənəffüs və böyrək çatışmazlığı müşahidə edilir: "Elnur Əşrəfoğlu 4 gün əvvəl klinikanın reanimasiya şöbəsinə köçürülüb. Xəstə hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir. Saturasiyası 70 faizdir, ümumi vəziyyəti qənaətbəxş deyil".

Top