Bağçada azyaşlını döyən müəllimin izahatı alındı

14 Yanvar 2022

Sosial şəbəkələrdə bağçada azyaşlının müəllim tərəfindən döyülməsi ilə bağlı yayılan videogörüntünün harada çəkildiyi məlum olub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisənin İsmayıllı şəhərinin Aşağıbaş adlanan ərazisində yerləşən 1 saylı uşaq bağçasında baş verdiyi açıqlanıb. 

BUNA DA BAX: Gəncədə oğlan sevdiyi qızı belə öldürüb - Dəhşətli faktlar

videoda azyaşlının başına qapaz vuran şəxsin bağçanın müəllimi Zülfiyyə Baxışova olduğu bildirilir. Məsələ ilə bağlı İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları həmin bağçaya gedib, müəllimin izahatı alınıb. 

Qeyd edək ki, uşağı döyən müəllim Zülfiyə Baxışovanın uşağın anasının xalası olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Top