Sabah Bakıya yağış, rayonlara qar yağacaq

13 Fevral 2020

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Heftelik.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

BUNA DA BAX: Azərbaycan əhalisinin sayı açıqlandı

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz  5-7 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  765 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək, nisbi rütubət  75-85 faiz olacaq.  

Fevralın 14-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da  bu da meteohəssas insanlarda  narahatlıq hissi yarada bilər.

Sabah Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək, gündüz  8-13 dərəcə isti,  dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  0-3 dərəcə isti olacaq. 

Şərh vermək üçün giriş edin
Top