Sabah hava küləkli olacaq

14 Fevral 2020

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Heftelik.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman, zəif çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

BUNA DA BAX: Buraxılış imtahanının keçiriləcəyi şəhər və rayonlar açıqlandı

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz  8-10 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 776 mm civə sütunundan 771 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz olacaq.  

Fevralın 15-16-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək, gündüz  7-12 dərəcə isti,  dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz  0-4 dərəcə isti  olacaq. 

Şərh vermək üçün giriş edin
Top