Güclü külək əsəcək, qar yağacaq – XƏBƏRDARLIQ

24 Fevral 2020

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Milli Hidrometeorologiya Departamentindən Heftelik.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 25-də gün ərzində güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

BUNA DA BAX: Prokurorluq və TƏBİB-dən “orqan mafiyası"na münasibət

Azərbaycanın rayonlarında fevralın 25-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Şərh vermək üçün giriş edin
Top