Neft Daşlarında dalğanın hündürlüyü 2,8 metrə çatdı - FAKTİKİ HAVA

25 Fevral 2020

Fevralın 25-i saat 13:00-a olan məlumatına əsasən,  ölkə ərazisində hava şəraiti dəyişib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Heftelik.az-a verilən məlumata görə, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, Naftalan, Gəncədə arabir 30-34, Tərtərdə 32, Bərdədə 30, Ağdam, Daşkəsəndə 25, Ağstafa, Tovuzda 22, Çilov adasında 21, Nabran, Yevlaxda 20, Mingəçevir, Bakıda 25, Pirallahıda 23, Çilov adasında 21, Neft Daşlarında 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb.

BUNA DA BAX: Bakıda sevgililər özlərini dənizə atdılar - Qız öldü – TƏFƏRRÜAT

Şərh vermək üçün giriş edin
Top