İstirahət günləri hava belə olacaq – PROQNOZ

06 Mart 2020

Ölkə ərazisində həftə sonunda gözələnilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Heftelik.az-a verilən məlumata görə, Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək.

BUNA DA BAX: Sabah temperatur 20 dərəcəyə çatacaq

Səhər dağlarda  duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 13-18, dağlarda gecə 5-8,  gündüz 13-18 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda  duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 13-18, dağlarda gecə 5-8,  gündüz 13-18 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Aran rayonlarında hava şəraiti yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8, gündüz 15-20 dərəcə  isti olacaq.

Naxçıvan MR-da havanın yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz  14-19 dərəcə  isti olacaq.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 5-8, gündüz  10-14 dərəcə isti olacaq.

Şərh vermək üçün giriş edin
Top