Üç yaşınadək uşağa qulluq edənlərə şad xəbər

25 Mart 2020

Üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinət artırılacaq.

Heftelik.az-ın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.

BUNA DA BAX: Həkimlərə güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ veriləcək

Sazişə əsasən, tərəflər üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə öhdəlik götürüblər. Eyni Azərbaycanda uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə edildiyi müddət uşağa bilavasitə qulluq edənin əmək və sığorta stajına hesablanacaq.

Şərh vermək üçün giriş edin
Top