DİN: Bərbərxana və gözəllik salonlarının iş rejiminə məhdudiyyət qoyulmayıb

25 Mart 2020

Azərbaycanda elan edilən xüsusi karantin rejimində ictimai-iaşə müəssisələrinin fəaliyyətinə aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov APA-ya açıqlamasında deyib ki, karantin rejiminə əsasən, ictimai-iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunub, müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilib, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.

BUNA DA BAX: Bakı polisindən 65 yaşdan yuxarı insanlara xəbərdarlıq

E. Zahidov bildirib ki, karantin rejimi restoran, kafe və çayxanalarda müştərilərə yerində xidmət vaxtı saat 12.00-dan 15.00-a qədərdir: “İri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti ümumiyyətlə dayandırılıb. Digər ictimai-iaşə müəssisələrinin fəaliyyətində isə hər hansı dəyişiklik yoxdur. Yəni bərbərxana, gözəllik salonları, avtomobil yuma məntəqələri, pinəçilərin iş rejiminə məhdudiyyət isə nəzərdə tutulmayıb”.

Top