Evlərdə ad günü, toy, nişan keçirmək qadağan edildi

30 Mart 2020

Xüsusi rejim dövründə tədbirlərin təşkili üzrə xidmətlər dayandırılıb.

Heftelik.az-ın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərdə əksini tapıb.

BUNA DA BAX: Nazirlər Kabineti: İnsanlar yalnız yaxın market və apteklərə gedə bilər

O cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili qadağan edilir.

Qeyd edək ki, insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

Şərh vermək üçün giriş edin
Top