Karantin rejiminə görə həbs edilən və cərimə olunanların sayı açıqlandı

04 Aprel 2020

Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 3-dən 4-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan 11, o cümlədən Bakı şəhərində 3 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.

Heftelik.az-ın Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.

BUNA DA BAX: Xüsusi karantin rejimi dövründə 20 min avtomobil ilə postlardan keçmək cəhdinin qarşısı alınıb – RƏSMİ

Bildirilib ki, sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 5062 nəfərə, onlardan Bakı şəhəri üzrə 3718 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilmiş, 9 şəxs isə inzibati qaydada həbs olunub: “Bir daha vətəndaşlarımızdan Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələblərinə qeyd-şərtsiz riayət etməyi tələb edirik”.

Şərh vermək üçün giriş edin
Top