Sabah yağış yağacaq - PROQNOZ

04 Aprel 2020

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, səhər saatlarında duman olacaq.

BUNA DA BAX: BU PANDEMİYA DEYİL, BU, MÜHARİBƏDİR! - İqtisadiyyat çökəcək, dövlətlər iflic vəziyyətə düşəcək...

Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 13-17, Bakıda gecə 6-8, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 767 mm civə sütunu,nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Aprelin 5-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu  gecə 3-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti, gündüz 8-13 dərəcə isti olacaq.

Şərh vermək üçün giriş edin
Top