Hava şəraiti dəyişəcək – XƏBƏRDARLIQ

04 Aprel 2020

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən

Aprelin 6-sı səhərdən 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun tədricən aşağı enəcəyi,  6-sı səhərdən 7-si səhərədək şimal-qərb küləyinin 15-20  m/s, yarımadanın bəzi yerlərində arabir 28-33 m/s-dək güclənəcəyi,  aprelin 7 və 8-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında aprelin 6-sı səhərdən 9-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir  yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

BUNA DA BAX: Sabah yağış yağacaq - PROQNOZ

Aprelin 6-sı səhərdən 7-si səhərədək qərb  küləyi  15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.  Çaylarda sululuğun artacağı ehtimalı var.

Şərh vermək üçün giriş edin
Top