Yağış yağacaq, dolu düşəcək, külək əsəcək – PROQNOZ

09 May 2020

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, aabir güclənən şimal-qərb küləyi əsəcək.

BUNA DA BAX: "Həcc ziyarəti Səudiyyə Ərəbistanının qərarından asılı olacaq" – RƏSMİ

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 10-12, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90% təşkil edəcək.

Mayın 10-da Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 8-13, gündüz 15-20, dağlarda gecə 2-6, gündüz  7-11 dərəcə isti olacaq.

Şərh vermək üçün giriş edin
Top