İyunun ilk günü üçün hava proqnozu açıqlandı

31 May 2020

İyunun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

BUNA DA BAX: Jurnalistlərin binasında koronavirusa yoluxma aşkarlandı

 
 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 16-19, gündüz  25-29, Bakıda gecə 17-19, gündüz  27-29 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz  40-45  faiz olacaq.  

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

Şərh vermək üçün giriş edin
Top