Sabah hava belə olacaq – PROQNOZ

02 İyun 2020

Sabah Bakıda  və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

BUNA DA BAX: İyun ayında hava belə olacaq – PROQNOZ

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-32, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz təşkil edəcək.  

İyunun 3-də Abşeron yarımadasında  meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz  33-38, dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə  isti olacaq.

Şərh vermək üçün giriş edin
Top