Azərbaycanlı professor və həyat yoldaşı koronavirusa yoluxdu

02 İyul 2020

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun əməkdaşı koronavirusa yoluxub.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, İnstitutun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor İdris Abbasovun koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi test analizinin cavabı pozitiv çıxıb.

BUNA DA BAX: Daha bir telekanalda 8 nəfər koronavirusa yoluxdu

Bununla yanaşı, professorun həyat yoldaşı da koronavirusa yoluxub.

 

"Ev şəraitində beşinci sistemdən sonra vəziyyətim sabitdir. Həyat yoldaşımda səkkizinci sistemdən sonra da boğulmaları tez-tez tutur. Boğulma əleyhinə bir neçə venadaxili dərman vasitələri qəbul edib bir qədər yüngülləşən kimi mənim sistemimi qoşur", - İ.Abbasov səhhəti haqqında məlumat verib.

Top