8 nəfər ölümdən döndü

08 İyul 2019

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən dünən 8 nəfər xilas edilib. Həftəlik.az nazirliyə istinadən xəbər verir ki, Bilgəh, Zağulba, Nardaran və Qızılqum sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas olunub.

 

Top