Temperatur 39 dərəcəyə çatacaq - PROQNOZ

08 İyul 2020

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Heftelik.az-a verilən məlumata görə, cənub-qrəb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. 

BUNA DA BAX: Bakıda kəskin iy yayılmasının səbəbi məlum oldu

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26,  gündüz 34-39, Bakıda gecə 23-25, gündüz 37-39 dərəcə isti olacaq. 

Atmosfer  təzyiqi normadan aşağı 753 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 26-27 dərəcə isti olacaq. 

İyulun 9-da Abşeron yarımadasında isti temperatur diskomfortunun davam edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.  Havanın temperaturu  gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz  22-27 dərəcə  isti olacaq.   

 

Top