Dövlət Feldyeger Xidmətinin sabiq əməkdaşları Baş Nazirə müraciət etdi

06 Avqust 2020

Nazirlər Kabinetinin yanında Dövlət Feldyeger Xidmətində uzun müddət işləyərək müxtəlif vaxtlarda pensiyaya çıxmış bir qrup şəxs Baş Nazir Əli Əsədova Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarının qanunsuzluğu barədə müraciət edib.

Heftelik.az həmin müraciəti təqdim edir:

“Hörmətli Əli müəllim!

Biz Nazirlər Kabinetinin yanında Dövlət Feldyeger Xidmətində uzun müddət işləyərək müxtəlif vaxtlarda pensiyaya çıxmışıq. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli 1125 saylı fərmanı ilə Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilib.

ali 2

Pensiyaya çıxamağımıza baxmayaraq bizim pensiya təminatı hüququmuz pozulmuş və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Dövlət Feldyeger İdarəsindən hazırda pensiya çıxan şəxslər bizdən daha çox pensiya ilə təmin edilirlər. Buna səbəb isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarıdır. Belə ki, həmin qərara əsasən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 01 mart tarixinədək ehtiyyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələri Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə uyğunlaşdırılmış, vəzifə maaşları isə köhnə qaydada saxlanılmışdır.

        

Sıra №-si

Dövlət Feldyeger Xidmətində mövcud olmuş vəzifələrin adı

Xüsusi Dövlət Mühafizə Xidmətində uyğunlaşdırılacaq vəzifənin adı

Uyğunlaşdırılacaq vəzifə maaşına faiz nisbəti

1

Xidmət rəisi

idarə rəisi

113,7

2

Xidmət rəisinin müavini

idarə rəisinin müavini

91,3

3

Şöbə rəisi

idarənin şöbə rəisi

29

4

Şöbə rəisinin müavini                                    Xidmət rəisinin köməkçisi

Şöbə rəsinin müavini

29,4

5

Bölmə rəisi, Növbətçi hissənin rəisi

İdarə şöbəsinin bölmə rəisi

30,3

6

Baş mühasib

Böyük mühasib

33,2

7

Böyük müfəttiş

Böyük təlimatçı

32,6

8

Baş mütəxəssis

Böyük təlimatçı

31,9

9

Aparıcı mütəxəssis

Müfəttiş

28,8

10

Baş inspektor Diplomatik kuryer

Diplomatik kuryer

28

11

Böyük inspektor

Müfəttiş

26,8

        

2017-ci ilin mart ayının 1-dən sonra Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən pensiyaya çıxmış şəxslər vəzifə maaşına nisbəti çox aşağı şəkildə uyğunlaşdırılmış və nəticədə biz pensiyaçıların pensiya məbləği hədsiz dərəcədə azlıq təşkil etmişdir. Bu eyni zamanda Dövlət Feldyeger Xidmətindən pensiyaya çıxmış şəxslər arasında narazılığın yaranmasına və ya diskriminasiyaya yol açmış olur. Belə ki, 2017-ci ilin mart ayının 1-dən sonra pensiya çıxan şəxslər biz ərizəçilərdən daha yüksək pensiya təminatı ilə əhatə olunurlar. Biz ərizəçilərin aldığı pensiya məbləği Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində olan vəzifələrə uyğunluq təşkil etməmişdir. Bu barədə bizim əmək pensiyasının yenidən hesablanmasına dair ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə müraciət etmişik. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi müxtəlif bəhanələrlə əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir.

Ərizəçilərin bir hissəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin imtinanın əsassız və qanunsuz hesab olunmasından 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə (indiki Bakı İnzibati Məhkəməsi) müraciət edilmişdir. Belə ki, ərizəçilərdən biri Bayramov Nəcməddin Seyfəddin oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, ona təyin edilmiş pensiyanın Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin birinci şöbəsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq, yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin üzərinə qoyulması dair qərar qəbul edilməsini xahiş etmişdir.

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.06.2017-ci il tarixli 2-1(81)-3205/2017 saylı qərarı ilə iddiaçı Bayramov Nəcməddin Seyfəddin oğluna təyin olunmuş əmək pensiyasının Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin birinci şöbəsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq, yenidən hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial MüdafiəFondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilmişdir.

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2017-ci il tarixli 2-1(81)-3205/2017 saylı qərarından apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 iyun 2017-ci il tarixli 2-1(81)-3205/2017 saylı qərarının ləğv edilməsini və iddiaçı Bayramov Nəcməddin Seyfəddin oğlunun iddiasının təmin olunmamasını xahiş etmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2018-ci il tarixli, 2-1(103)-1126/2018 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsitərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

  Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının 12 iyun 2018-ci il tarixli 2-1(103)-1126/2018 saylı qərarından kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 12 iyun 2018-ci il tarixli, 2-1(103)-1126/2018 saylı qərarının ləğv edilməsini, iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisad Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2-1(102)-1848/18 saylı qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 14 iyun 2017-ci il tarixli 2-1(81)-3205/2017 saylı qərarı icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi qərarın icrası üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin 25 iyul 2019-cu il tarixli, 19632077726 saylı məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Dövlət Feldyeger Xidməti tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilmiş 11 noyabr 2015-ci il tarixli məlumat vərəqinə əsasən iddiaçı Bayramov Nəcməddin Seyfəddin oğluna 12 noyabr 2015-ci il tarixində 37 il, 05 ay xidmət müddətinə görə təminat xərcliyinin 100 faizi miqdarında 887.20 (səkkiz yüz səksən yeddi manat 20 qəpik) manat əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təqdim edilmiş 18 aprel 2019-cu il tarixli 1043 nömrəli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyası yenidən hesablanaraq Bayramov Nəcməddin Seyfəddin oğluna aylıq 941.07 (doqquz yüz qırx bir manat yeddi qəpik) manat məbləğində pensiya təyin edilmişdir. Təyin olunmuş pensiya məbləği Bayramov Nəcməddin Seyfəddin oğlunun 11 noyabr 2015-ci il tarixində Dövlət Feldyeger Xidmətindən Heyət şöbəsinin rəisi vəzifəsi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin I şöbəsinin rəisi vəzifəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarına əsasən uyğunlaşdırılmışdır.

İşin faktiki hallarından göründüyü kimi, hazırki iş üzrə ərizəçilərdən biri Bayramov Nəcməddin Seyfəddin oğlu 2017-ci ilin əvvəlində təyin olunmuş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarına əsasən uyğunlaşdırma aparmışdır. Sözügedən qərarın qəbul edilməsi ərizəçilərdən biri Bayramov Nəcməddin Seyfəddin oğlunun pensiya təminatı hüququnun məhdudlaşdırılması ilə nəticələnmişdir. Ümumiyyətlə, həmin qərarın geriyə şamil olunması və ya həmin qərarda 2017-ci il 1 mart tarixinədək ehtiyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələrinin və vəzifə maaşlarına uyğunlaşdırılması bizim pensiya təminatı hüququmuzun məhdudlaşdırılması deməkdir.

  Bundan əlavə ərizəçilərdən biri Bağırov Ramiz Sabir oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Dövlət Feldyeger Xidmətində şöbə rəisi vəzifəsinin təminat xərcliyinə uyğun hesablanaraq təyin edilmiş əmək pensiyasının hazırda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti Feldyeger Rabitəsi İdarəsinin diplomatik kuryer rabitəsi şöbəsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin üzərinə qoyulması dair qərar qəbul edilməsini xahiş etmişdir.

  Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2019-cu il tarixli 2-1(81)-1303/2019 saylı qərarı ilə iddiaçı Bağırov Ramiz Sabir oğluna təyin olunmuş əmək pensiyasının Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi İdarəsinin diplomatik kuryer rabitəsi şöbəsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilmişdir.

  Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2019-cu il tarixli 2-1(81)-1303/2019 saylı qərarından apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2019-cu il tarixli 2-1(81)-1303/2019 saylı qərarının ləğv edilməsini və iddiaçı Bağırov Ramiz Sabir oğlunun iddiasının təmin olunmamasını xahiş etmişdir.

  Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 iyul 2019-cu il tarixli, 2-1(103)-1553/2019 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

  Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 iyul 2019-cu il tarixli, 2-1(103)-1553/2019 saylı qərarından kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 iyul 2019-cu il tarixli, 2-1(103)-1553/2019 saylı qərarının ləğv edilməsini, iddia tələblərinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

  Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli, 2-1(102)-3008/19 saylı qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

  Ərizəçilərdən biri Ramazanov Nurəddin Alov oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Dövlət Feldyeger Xidmətində ekspedisiya bölməsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin üzərinə qoyulması dair qərar qəbul edilməsini xahiş etmişdir.

  Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2019-cu il tarixli 2-1(81)-1302/2019 saylı qərarı ilə iddiaçı Ramazanov Nurəddin Alov oğluna təyin olunmuş əmək pensiyasının Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin ekspedisiya bölməsinin rəisi vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilmişdir.

  Ərizəçilərdən daha biri Yediyarov Rizvan Yediyar oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi diplomatik kuryer şöbəsində böyük diplomat kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin üzərinə qoyulması dair qərar qəbul edilməsini xahiş etmişdir.

  Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli. 2-1(81)-3164/2019 saylı qərarı ilə iddiaçı Yediyarov Rizvan Yediyar oğluna təyin olunmuş əmək pensiyasının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Feldyeger Rabitəsi diplomatik kuryer şöbəsində böyük diplomat kuryer vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilmişdir.

İşin faktiki hallarından göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarının qəbul edilməsi və qəbul edildiyi tarixdən əvvəlki hüquq münasibətlərinə şamil edilməsi maraqlarına toxunan Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən pensiyaya çıxmış şəxslərin pensiya təminatı hüququnun pozulmasına, həmin hüququ pozulan şəxslər tərəfindən məhkəmələrə müraciət edilməsinə və nəticədə məhkəmələrdə iş yükünün çoxalmasına gətirib çıxarır. Buna görə də hesab edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğun olmaması barədə qərar qəbul edilməsi zəruridir.

II. Tələbin hüquqi əsasları

Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarına əsasən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilmiş Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətindən 2017-ci il 01 mart tarixinədək ehtiyyata buraxılmış və pensiya təyin edilmiş xüsusi rütbəli şəxslərin vəzifələri və vəzifə maaşları Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının mövcud olan vəzifələrinə və vəzifə maaşlarına uyğunlaşdırılması biz ərizəçilərin pensiya təminatı hüququnun pozulmasına gətirib çıxarır.

Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır.

  Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.

  Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

  Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 5-ci bəndinə əsasən hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.

  Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

  “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 13-cü maddəsinə əsasən Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır.

  “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) -hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

  “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. 

  “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” nın təsdiq edilməsi barədə 01 sentyabr 2015-ci il tarixli 290 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet,partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilsin (əlavə olunur).

  Bu Fərmanın 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.

  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə əsasən hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər.

  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən konstitusiya Məhkəməsinə daxil olmuş şikayətlərin bu qanunun 34.6-cı maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunun ilkin öyrənməsini Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsi ilə müəyyən edilən qaydada Konstitusiya Məhkəməsinin aparatı həyata keçirir. Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara- Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi rqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir.

  Həmin qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur.

  Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 83.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları qəbul edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməlidir.

  Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının rəsmi dərc olunması ilə bağlı müddəanı təsbit edir. Lakin hazırki iş üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarı rəsmi dərc edilmədən biz ərizəçilərə şamil olunmuş və nəticədə bizim pensiya təminatı hüququmuz kobud şəkildə pozulmuşdur.

  Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 85-ci maddəsinə əsasən qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Bu Konstitusiya Qanununun 85-ci maddəsində göstərilən aktlar istisna olmaqla, digər normativ hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən ən azı 30 gün sonra qüvvəyə mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.

İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanması tələb edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarı heç bir hüquqi əsası olmadan qəbul edilmiş, bu qərar onlarla pensiyaçının pensiya təminatı hüququnun düzgün təmin edilməsinə maneçilik törədir, həmçinin normativ-hüquqi aktlarla bağlı müəyyən edilmiş meyarlara uyğun olaraq dərc edilməyib, reyestrdə qeydiyyata alınmayıb və qanunvericiliyə zidd olaraq məxfiləşdirilib.

Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2019-cu il tarixli, 170-7 saylı qərarının ləğv edilməsini Sizdən xahiş edirik”.

Qeyd edək ki, müraciəti aşağıdakı şəxslər imzalayıb:

  • Bayramov Nəcməddin Seyfəddin oğlu
  • Bağırov Ramiz Sabir oğlu
  • Yediyarov Rizvan Yediyar oğlu
  • Qocayev Şamo Abdulkərim oğlu
  • Şıxəliyev Aqil Malik oğlu
  • Orucov Azər Aydın oğlu
  • Hüseynov İsmayıl Xudabaxış oğlu
  • Məmmədova Ofeliya Müzəffər qızı
  • Kərimov Səfər Abbas oğlu
  • Alzamanova Yelena Stepanovna
  • Məmmədov Sahib Hümbət oğlu
  • Mahmudov Çingiz Məmməd oğlu
  • Hüseynli Fazil İsa oğlu
  • Hüseynov Orucəli Bəhlul oğlu
  • Hüseynov Nazim İsmayıl oğlu
  • Kərimli Namiq Rəhim oğlu
  • Nuri Ağa-Əli Tofiq oğlu
  • Nuriyev Tofiq Ağa-Əli oğlu
  • Ələsgərov Mübariz Həsən oğlu
  • Dadaşov Nadir Barat oğlu
  • Mahmudov Arif Xudaverdi oğlu
  • Əmrahov Müşfiq Vaqif oğlu
  • Məmmədov İlqar İlyas oğlu
  • Qasımov Yadigar Məhəmməd oğlu
  • Hacıyev Çingiz Veysəl oğlu
  • Ramazanov Nurəddin Alov oğlu
  • Mahmudov Vaqif Yunis oğlu
  • Balayev Vəzir Şahmar oğlu
  • Əliyev Mərifət Qardaşxan oğlu
  • Həsənov Qurban Rəhim oğlu
  • Həsənov Behzad Salam oğlu.
Top