13 min insana 190 manat bu səbəbdən verilmir - AÇIQLAMA

07 Avqust 2020

"İlk 190 manatlıq birdəfəlik ödəmədən sonra ölkə üzrə təxminən 13 min insanın yenidən bu məbləği alması dayandırıldı".

Heftelik.az-ın məlumatına görə, bunu məşğulluq və sosial rifaha dəstək tədbirləri ilə bağlı mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bidirib.

BUNA DA BAX: Sərt karantinin tətbiq olunduğu şəhər və rayonlar üzrə 190 manat yaxın günlərdə veriləcək

S. Babayev deyib ki, buna səbəb 3 min şəxsin əlavə gəlir mənbələrinin aşkar edilməsidir:  "Sosial şəbəkələrdə haqlarında məlumat yayılan ödəmə alan şəxslər həmin ay üçün ödənişi almışdılar, çünki bu, onların haqqı idi. Ancaq növbəti aylarda bu dəstək dayandırıldı. 10 min insan isə iş yeri taparaq əmək müqaviləsi bağlayanlar olub. SMS icazə sistemi aktivləşəndən sonra qeyri-leqal işdə çalışanlar məcbur əmək müqaviləsi imzalamalı olublar. Bununla da 10 min insan əmək müqaviləsi səbəbindən birdəfəlik ödəmədən kənarlaşdırılıb".

Top