Sabiq nazir direktor vəzifəsindən də çıxarıldı

14 Avqust 2020

AMEA Rəyasət Heyətinin qərarı ilə əməkdar mühəndis Vasif Abbasov AMEA “Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru vəzifəsinə təyin olunub. 

y 2

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, V. Abbasov bu vəzifədə Əli Abbasovu əvəz edib.

BUNA DA BAX: Əli Əsədova yeni vəzifə həvalə edildi

Qeyd edək ki, Əli Abbasov 2004–2014-cü illərdə Rabitə və İnformasiya Texnologiyaları naziri, 2014-2015-ci illərdə Rabitə və Yüksək Texnologiyalar naziri olub. Texnika elmləri doktoru, akademik, Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasının müdiridir.

y 1

 

Top