Təntənəli nikahların keçirilməsi təxirə salınb

14 Avqust 2020

Pandemiya dövründə təntənəli nikahların keçirilməsi kimi tədbirlər təxirə salınıb.

Heftelik.az-ın məlumatına görə, bunu bu gün Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda keçirdiyi videokonfransda 1 saylı "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənəfova bildirib. 

BUNA DA BAX: Müəllimlərin işə qəbulunda yeni mərhələ

Rəşidə Mənəfova deyib ki, qanunvericiliyə əsasən, toyun tıntənəli şəkildə keçirildiyi yerdə də nikah qeydə alına bilər: “Amma pandemiya ilə əlaqədar bu tədbirlər təxirə salınıb. Bir məqamı da qeyd etmək istərdim ki, qeyrdiyyat şöbəsində təntənəli nikahların qeydə alınması üçün şərait yaradılıb. Bu otaqlarda təntənəli nikah keçirmək istəyən şəxslər müraciət edir. Bu zaman biz iştirak edənlərin sayına baxırıq. Pandemiya dövrünün tələblərinə uyğun olaraq, həm müraciət edən digər şəxslərin, həm də onların sağlamlığını düşünərək bu addımı atırıq”.

Top